Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Saleh Rüstəmovla bağlı müraciətə baxılacaq
07 Dek 2021 16:42
638

Saleh Rüstəmovla bağlı müraciətə baxılacaq

Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovla bağlı Bakının Nizami Rayon Məhkəməsinə edilən müraciətə hjansı hakimin baxacağı məlum olub.

Yenisabah.az xəbər verir ki, vəkillərin Saleh Rüstəmovun azadlığa buraxılması üçün etdiyi müraciət hakim Nəriman Mehdiyevin icraatına verilib, proses hələ təyin edilməyib.

Məlumatı dekabrın 7-də vəkil Aqil Layıc yayıb.

Aqil Layıc və digər vəkil Bəhruz Bayramovun Bakının Nizami Rayon Məhkəməsinə dekabrın 6-da təqdim etdiyi müraciətdə Saleh Rüstəmovun böyrək çatışmazlığından və başqa xəstəliklərdən əziyyət çəkdiyi, aclıq aksiyası nəticəsində orqanizminin çox zəiflədiyi vurğulanır, səhhətinin nəzərə alınaraq həbsdən onun azad olunması istənilib.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. Noyabrın 8-də o, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.

Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər