“Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın?!” - Paşinyanın nümayəndəsi

saytların hazırlanması

Evə çatdırılma

“Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın?!” - Paşinyanın nümayəndəsi

Siyasət

23 Dekabr 2023 15:14 1358


“Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın?! İrəvanda və Ermənistanda yalnız və müstəsna olaraq Ermənistan Respublikasının qanuni rəhbərliyinin fərman və qərarları qüvvədədir”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan deyib.

Erməni parlamentari xatırladıb ki, Ermənistanda bir güc var və bu güc Ermənistanın qanuni gücüdür: pizza mizza

“Buna qarşı çıxan və ya ona qarşı mübarizə aparan hər hansı təşəbbüs dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək, qanundan kənar sayılacaq və dövlət tərəfindən ən sərt tədbirlər görüləcək. Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planları alt-üst olacaq, onun müəllifləri ciddi şəkildə cəzalandırılacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!