“Sarı Market”də vaxtı keçmiş məhsullar vətəndaşlara necə sırınır? - Fotolar

“Sarı Market”də vaxtı keçmiş məhsullar vətəndaşlara necə sırınır? -
Sent 5, 2019 12:40
Oxunma sayı: 127

Vətəndaşlar “Sarı Market” marketlər şəbəkəsində vaxtı bitmiş məhsulların satıldığını iddia edirlər. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda sosial şəbəkə istifadəçiləri məlumat paylaşıb.

Biləcəridə “Məmmədoğlular” servislə üzbəüz yerləşən “Sarı Market”dən holland pendiri və uşaq üçün qerkules alan istehlakçı onların vaxtının keçdiyini bildirir. Alıcı şikayət üçün marketə üz tutsa da, səlahiyyətli şəxslər “bir azca kiflənib” deyərək onu yola salıb.

Alıcıların sözlərinə görə, marketdə vaxtı bitmiş məhsulların tarixi dəyişdirilir.

Əsmətxanım

 

Yenisabah.az