Şarl Mişel Bakı və İrəvanın addımını alqışladı

Şarl Mişel Bakı və İrəvanın addımını alqışladı

Siyasət Veb saytların hazırlanması

07 Dekabr 2023 23:51 419


Ermənistan və Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi, bunu alqışlayırıq.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında yazıb.

O qeyd edib ki, Avropa İttifaqı saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayır.

"Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi mən liderləri Ermənistan-Azərbaycan sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıram", - deyə Şarl Mişel bildirib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!