Son günlər Anar Mədətovun Elnura xanımdan boşanması, müğənni Lalə Məmmədovanın keçmiş həyat yoldaşı ilə yaşadığı problemlər medianın gündəm mövzusuna çevrilib.
Bu hadisələrin fonunda ortaya belə bir sual çıxır - "Həqiqətənmi şou-biznesdə ailəyə dırnaqarası baxırlar?".
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan prodüsser Sayqa Cahid kimsənin şəxsi həyatına qarışmadığı bildirib: Dominos pizza
"Şou-biznes nümayəndələrinin də özlərinə görə ailələri və həyat tərzləri var. Cəmiyyətimizdə boşanma halları onsuzda günü-gündən artır. Şou əhlinin boşanma xəbərinin ictimaiyyət arasında belə geniş müzakirə olunmasına səbəb onların göz qabağında olmasıdır. Niyə bizim camaat süpürgəçi Fatma xalanın boşanmasını müzakirə etmir ki?".
Boşanan sənətçilər arasında xanım müğənnilərin çoxluq təşkil etdiyi fikri ilə razılaşmayan Sayqa məsələyə münasibətini belə bildirib:
"O qədər evlənib boşanan kişi müğənnilər var ki...Ailəsindən gizli ikinci arvad saxlayan müğənniləri demirəm helə. Mənə onların sənəti, qazandığı uğurlar maraqlıdır. Ailə həyatı yox. Kim evlənsə, toyuna gedərəm, kim boşansa, ürək-dirək verərəm".
Əcəmi Əsədulla
Telegram kanalımız