Şəbnəm yeni ev aldı - Kürəkəninə bağışlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm yeni ev aldı - Kürəkəninə bağışlayacaq

Şou

28 Aprel 2021 17:46 1299


Müğənni Şəbnəm Tovuzlu yeni mənzil alıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə "Birə-bir" verilişində deyib:

"Xırdalanda yeni mənzil almışam. Qızım var. Bəlkə, sabah kasıb oğlan sevəcək. Mən də baxacam ki, oğlan kasıbdır, evi qızıma verəcəm, gedib həyat yoldaşı ilə yaşasın". Marqarita pizza

Xanım sənətçi əgər qızına şou-biznesdən elçi düşərsə, qızını ona verməyə razı olduğunu bildirib:

"Qızıma şou-biznesdən elçi düşən ağıllı oğlan olsa, razılaşaram. Əsas odur ki, bir-birini sevsinlər. Qızımın 16 yaşına qədər onunla qapalı olmuşam. Amma indi aramız açıqdır. Demişəm ki, hər şeyini mənimlə bölüş".

Qeyd edək ki, müğənninin birinci evliliyindən 19 yaşlı Günel adlı bir qızı var. Şəbnəmin ikinci nikahından bir oğul övladı da var. İfaçı Hacı Rafiq adlı iş adamı ilə evlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!