“Səsvermə prosesi problemsiz davam edir”.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin Yüksək Seçim Kurulu (YSK - Mərkəzi Seçki Komissiyası) sədri Ahmet Yener deyib.
O, səsvermə prosesinin bundan sonra da promlemsiz və şəffaf keçiriləcəyinə ümidini ifadə edib: “Bu gün həm də demokratiya bayramıdır. Seçkilərin bütün namizədlər üçün uğurlu olmasını arzu edirəm”. Dominos pizza
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır.
Telegram kanalımız