Azərbaycan Ordusunun əks-hücumları nəticəsində kəndlərimiz bir-birinin ardınca erməni işğalından azad olunur.
Yenisabah.az-la təssüratlarını bölüşən Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva qürur hissi keçirdiyini bildirib:
“Mən çox qürur duyuram. Xəbəri eşitdiyim andan bəri boğazımda düyün yaranıb, o qədər ağlamaq istəyirəm ki... Gözyaşlarımızı saxlaya bilmirik, həqiqətən də xoşbəxtlikdir, bundan o tərəfə nə ola bilər ki? İllərdir ən böyük arzumuzdur gerçəkləşib”. Toyuqlu pizza
Şəhid qızı Ermənistanın hərbi-siyasi rəhbərliyinin öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini hədəfə almasına da münasibət bildirib. O ermənilərin tarixi təkrarladığını deyib:
“Zatən onlara yaraşan da budur. Onlar hər zaman belə olublar, həmişə dinc xalqı narahat ediblər. Tarixi xatırlayaq, özümüz hər şeyi gözəl bilirik. Əsas odur ki, Azərbaycan xalqı heç vaxt elə vicdansızlıq eləmir. Hər hər özünə yaraşan davranışı sərgiləyir”.
Telegram kanalımız