Bakıda iki gün yağış kəsməyəcək - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iki gün yağış kəsməyəcək - XƏBƏRDARLIQ

Sosial

08 Sentyabr 2023 13:14 1479


"Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir".

Yenisabah.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, ölkənin bəzi yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış yağır: “Balakan, Şəki bölgəsinin bəzi yerlərində intensiv və güclü yağış müşahidə olunur. Ən çox yağıntı miqdarı Qax, Şəki, Zaqatala və Qəbələdə qeydə alınıb. Digər bölgələrdə isə nisbətən az yağıntı olub”. Marqarita pizza

A.Verdiyevin sözlərinə görə, Zaqatala, Şəki və Tərtərdə şimal-qərb küləyi əsib. Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 12-nə kimi davam edəcək. Bakı və Abşeron yarımadasında sentyabrın 9-10-da yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində yağışın intensiv olacağı gözlənilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!