SEPAH-dan Hörmüz boğazı ilə bağlı   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

SEPAH-dan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ

Dünya

21 İyun 2026 15:18 205


Hörmüz boğazı bağlı olaraq qalır, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) isə növbəti bildirişə qədər gəmilərin keçidinə icazə verməyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fars" agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

İyunun 21-də SEPAH HDQ-nin mətbuat xidməti rəsmən bəyan edib ki, İsrailin Livandakı hərəkətləri və ABŞ-nin atəşkəs rejimini pozması səbəbindən Hörmüz boğazı bütün gəmilər üçün bağlanıb. Toyuqlu pizza

Qurum, həmçinin xəbərdarlıq edib ki, gəmilər boğaza yaxınlaşmamalıdır, əks halda yarana biləcək hər hansı fəsadlara görə məsuliyyəti özləri daşıyacaqlar.

Xatırladaq ki, İran İsrailin Livana endirdiyi zərbələrə və ABŞ ilə imzalanmış memorandumun bütün cəbhələrdə atəşkəsi nəzərdə tutan birinci bəndinin pozulmasına cavab olaraq iyunun 20-də Hörmüz boğazını gəmilərin keçidi üçün bağlayıb. Bununla belə, ABŞ Silahlı Qüvvələri gəmilərin Hörmüz boğazından sərbəst keçdiyini bəyan edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!