“Sepah” generalından Trampa hədə: “Daha dağıdıcı silahlardan istifadə edəcəyik”

saytların hazırlanması

Evə çatdırılma

“Sepah” generalından Trampa hədə: “Daha dağıdıcı silahlardan istifadə edəcəyik”

Dünya

20 Avqust 2026 17:07 33


İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK - "Sepah") ABŞ-yə xəbərdarlıq edib ki, yeni müharibə baş verərsə, Tehran əvvəlki münaqişədən daha dağıdıcı silahlardan istifadə edəcək.

"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bu barədə İİKK sözçüsü general Möhsün Mohebbi danışıb.

O bildirib ki, ABŞ İrana qarşı yeni hərbi macəra başlatmaq qərarına gələrsə, cavab zərbəsinin mahiyyəti tamamilə fərqli olacaq. Marqarita pizza

"SEpah" generalı qeyd edib ki, İranın raket başlıqları hazırda əvvəlki müharibələrdə istifadə edilənlərdən xeyli böyük dağıdıcı gücə malikdir: "Yeni müharibə başlasa, silahlarımız hər cəhətdən tamamilə fərqli olacaq".

Bir müddət əvvəl İİKK sözçüsü ABŞ prezidenti Donald Trampın Vaşinqtonun İİKK ilə pərdəarxası danışıqlar apardığı iddiasını rədd edib.

Mohebbi bildirib ki, Trampın fantaziyaları ona döyüş meydanında kömək etməyəcək.

O iddia edib ki, Amerika Prezidenti üçün yeganə real seçim məğlubiyyəti etiraf etmək və İranın şərtləri ilə razılaşmaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!