25 Sentyabr - 07:01
Sərnişinlər onun idarə etdiyi avtobusdan düşmək istəmirlər  - Fotolar

Sərnişinlər onun idarə etdiyi avtobusdan düşmək istəmirlər - Fotolar

Digər

19 Fevral 2021 17:38 2539


İngiltərədə xanım avtobus sürücüsü görən hər kəsin təccübünə səbəb olur.

Belə ki, avtobus sürücüsü olan 24 yaşlı Codi Li Foks gözəlliyi ilə göz qamaşdırır.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, ona dəfələrlə modellik təklif olunsa da, xanım sürücü peşəsini dəyişmək niyyətində olmadığını bildirib.

Onun sözlərinə görə, buna səbəb peşəsindəki stereotiplərlə mübarizə aparmaqdır. O, minlərlə izləyicisi olan  “TikTok” hesabında işdə qarşılaşdığı sərnişinlər və avtobuslarla bağlı paylaşımlar edərək dünyanın diqqətini özünə çəkir.

Əvvəllər xəstə baxıcısı işləyən xanım bir müddət sonra peşəsini dəyişərək sürücü olmağa qərar verib. İşini sevdiyini deyən Li Foks avtobus sürməkdən zövq aldığını açıqlayıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!