Sərnişinlərin nəzərinə: Bakıda bu yol təmirə bağlanır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Sərnişinlərin nəzərinə: Bakıda bu yol təmirə bağlanır - Foto

Sosial

17 Oktyabr 2019 09:15 884


Bakıda Şəfayət Mehdiyev küçəsində təmir işlər aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Yeni Sabah”a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabrın 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərindən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!