Sevda ərindən danışdı: “Büdcəmiz, qazancımız eynidir“

saytların hazırlanması

Evə çatdırılma

Sevda ərindən danışdı: “Büdcəmiz, qazancımız eynidir“

Şou

17 Avqust 2022 10:01 881


Bir müddət əvvəl ailə quran müğənni Sevda Yəhyayeva həyat yoldaşından danışıb.

Yenisabah.az xəbər verir ki, “Maqazin plyus” verilişində ifaçı ərinin ona heç bir qadağa qoymadığını bildirib:

“Özümə hörmət etdiyi kimi, sənətimə də hörmətlə yanaşır. Musiqini, incəsənəti çox sevir. Müasir düşüncəli insandır. Ərim mənə heç bir qadağa qoymur”. pizza sifarişi

Sevda Zakirlə birgə səyahətlərin pulunu yarı-yarıya ödədiklərini bildirib:

“Səyahəti çox sevirəm, həmişə arzum olub. Ailə qurmamışdan əvvəl də bir çox ölkələrə səyahət etmişəm. 2009-cü ildə Niderlandın Rotterdam, 2013-cü ildə Almaniyanın Köln, ABŞ-ın Nyu-York, Los-Anceles və Las-Veqas şəhərlərində olmuşdum. Bacardığım qədər gəzmişdim.

Səyahətimizin pulunu yarı-yarıya bölürük. Büdcəmiz, qazancımız eynidir, düzgün bölüşdürürük. Hər şeyi bərabər şəkildə edirik. Ona görə də səyahət etmək bizim üçün rahat olur”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!