Sevgilisini bıçaqlayan anaya 16 il həbs verildi

saytların hazırlanması

Evə çatdırılma

Sevgilisini bıçaqlayan anaya 16 il həbs verildi

Kriminal

07 Fevral 2019 16:43 967


Sevgilisini 7 yerindən bıçaqlayıb öldürən azərbaycanlı Aysel Əslimə 16 il 8 ay həbs cəzası verilib.  

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 1 dekabr 2017-ci ildə Səlcuqlu mahalı Bosniya və Herseqovina məhəlləsindəki Səlcuq Universitetinin kampus girişində baş verib.

A.Əslim oğlunu boğaraq öldürdürməkdə ittiham etdiyi 34 yaşlı Ümid Gökeri 7 yerindən bıçaqlayaraq öldürüb. Dördpendirli pizza

Qeyd edək ki, barda işləyən Aysel  hadisədən təxminən 2 ay əvvəl həyat yoldaşını tərk edərək Ümid Gökerlə yaşamağa başlayıb. Hadisə gecəsi oğlu 9 aylıq Əmiri sevgilisi Gökerin yanında qoyaraq işə gedib. Göker uşağın divandan düşdüyünü iddia edərək xəstəxanaya aparıb.

Uşaq reanimasiyaya yerləşdirilib və ölüb. Xəstəxanaya gələn Aysel Ümidi xəstəxanaya çağıraraq ona bıçaq xəsarətləri yetirib. 

Dünən keçirilən məhkəmədə Ayselə 24 il həbs cəzası verilməsi tələb olunsa da 16 il 8 ay cəza alıb. Aysel isə bildirib ki, mən insanlara zərər verə biləcək biri deyiləm. O, bəraət tələb edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!