“Sevil-Sevinc göbələkdir, heç kimi yoxdur?”   - Etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Sevil-Sevinc göbələkdir, heç kimi yoxdur?” - Etiraz

Şou

07 May 2020 16:45 2022


Müğənni Sevil və Sevinc bacıları qalmaqallı açıqlama veriblər. 

Yenisabah.az xəbər verir ki, “Şou Atv” verilişinin qonağı olan bacılar naxçıvanlı iş adamı ilə ailə qurmaları haqda yayılan şayiələrə sərt reaksiya veriblər: "Naxçıvanlı iş adamı ilə ailə qurmağımız barədə şayiə yaymışdılar. Biz bu xəbərlərə güldük, keçdik. Allah ikincisindən qorusun, növbəti dəfə belə sakit durmayacağıq. Bizi izləyən böyüklərimiz, nəslimiz-kökümüz, doğmalarımız var. Siz fikirləşirsiniz ki, Sevil-Sevinc "göbələk" kimidir, heç kimi yoxdur? Anam təzyiqli halda zəng edir ki, bu nə xəbərdir, yayılıb?” 

Bacılar həmin şəxsin hansısa müğənninin keçmiş həyat yoldaşı olduğu ilə bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətiriblər: “Biz də istəyərik ki, gözəl ailəmiz olsun. Amma nə fərqi var, naxçıvanlı iş adamıdır, fəhlədir, qohumumdur, iş yoldaşımdır?! Sonra da bunu ifrat dərəcədə şişirdilər ki, hansısa müğənninin keçmiş əridir. Müğənninin keçmiş əri yaxşı olsaydı, elə onun yanında qalardı". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!