Məşhur produsser Acun Ilıcalının keçmiş həyat yoldaşı, cəsarətli paylaşımları ilə qalmaqal yaradan Şeyma Subaşının “Instagram”da 3 milyon izləyicisinin olmağı müzakirələrə səbəb olub.
“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, onun təqibçiləri pulla aldığı iddia olunub.
Bu barədə sosial şəbəkə istifadəçilərindən birinin iddiasına görə, o, Şeyma Subaşına izləmə istəyi göndərmədiyi halda, ona istəyinin qəbul edildiyi haqda bildiriş gəlib. Onun ardınca digər izləyicilər də bu tipli bildirişlər aldıqlarını yazıblar. pizza
Qeyd edək ki, Şeyma Subaşı 2 gün öncə hesabını gizləyib.


Əsmətxanım
Telegram kanalımız