Seyran Ohanyan Ermənistanın Fransadan silah almasına qarşıdır 

saytların hazırlanması

Evə çatdırılma

Seyran Ohanyan Ermənistanın Fransadan silah almasına qarşıdır 

Dünya

26 Oktyabr 2023 12:43 411


“Ermənistan hazırda silah təchizatının şaxələndirilməsini Rusiya ilə münasibətlərin pisləşməsi hesabına həyata keçirir”. 

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının başçısı, sabiq müdafiə naziri Seyran Ohanyan Milli Assambleyada keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq sahəsində diversifikasiya Ermənistan üçün yenilik deyil, əvvəllər də Rusiya ilə yanaşı, başqa ölkələrdən də müəyyən miqdarda silah-sursat əldə olunub: “Əməkdaşlığın qurulması zamanı nəqliyyat və logistika çətinlikləri həmişə nəzərə alınıb. Bütün bu illər ərzində daşımalar Gürcüstan ərazisindən, qismən də İrandan keçməklə həyata keçirilirdi”.  pizza hut

Qeyd edək ki, Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlıq və silah təchizatı barədə saziş imzalanıb. Həmin sazişə uyğun olaraq, rəsmi Paris bu ölkəyə ən müasir silahlar tədarük edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!