Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi

Dünya

30 May 2026 09:07 181


"İstanbul bölgəsində güclü zəlzələnin başvermə ehtimalı təxminən 48% təşkil edir".

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Nefes" qəzetinə türkiyəli seysmoloq Naci Görür bildirib.

Alim Mərmərə dənizi bölgəsində 1999-cu ildə baş vermiş zəlzələdən sonra aparılan araşdırmalardan danışıb. İlkin olaraq bu araşdırmaların nəticələri göstərirdi ki, yaxın 30 il ərzində İstanbulda güclü təkanların başvermə ehtimalı 60%-dən yüksəkdir. Sonradan yeni tədqiqatlar sayəsində bu göstərici 48%-ə qədər endirilib. Pepperoni pizza

Bununla belə, Görür qeyd edib ki, Türkiyənin bu bölgəsində təbii fəlakət ehtimalı hələ də yüksək olaraq qalır. Üstəlik, onun baş verə biləcəyi dəqiq tarixi proqnozlaşdırmaq qeyri-mümkündür.

Seysmoloqlar Mərmərə dənizi bölgəsində mümkün güclü zəlzələ barədə dəfələrlə xəbərdarlıq ediblər. Alimlərin proqnozlarına görə, yeddi və daha yüksək maqnitudalı təkanlar zamanı təxminən 90 min ev uçacaq, 260 min ev isə yaşayış üçün yararsız hala düşəcək.

İstanbul bölgəsində gücünə görə buna bənzər sonuncu zəlzələ 1999-cu ilin avqustunda baş verib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!