Şirvanda oğurluq edərək vətəndaşlara 8360 manat dəyərində ziyan vuran şəxslər saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, Şirvan şəhər sakini Samid Əmirəliyev ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus oyun zalından 2 ədəd oyun aparatının və 5 ədəd idarəetmə cihazının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 22 yaşlı Cosqun İsmayılov saxlanılıb. Dindirilmə zamanı o, bu əməli bir nəfər tanışı Ülvi Fərziyevlə ilə törətdiyini etiraf edib. Aparılan araşdırmalarla onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus oyun zallarından ümumi dəyəri 8360 manat dəyərində 11 ədəd oyun cihazı, 1 ədəd televizor və 1ədəd noutbuku oğurladıqları məlum olub.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır. Toyuqlu pizza
Telegram kanalımız