Siyəzəndə heyvanlar kütləvi peyvəndləndi

Siyəzəndə heyvanlar kütləvi peyvəndləndi

Sosial Veb saytların hazırlanması

11 Fevral 2019 17:25 750


Siyəzən Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin ilk günlərindən başlayaraq 7 sahə baytarlıq məntəqəsi vasitəsilə ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

"Yeni Sabah" xəbər verir ki, hazırda Dövlət Baytarlıq Xidmətinin Siyəzən rayon Baytarlıq İdarəsinin Eynibulaq sahə baytarlıq məntəqəsi tərəfindən Eynibulaq kənd sakini Mehrəliyev Fərəcə məxsus şəxsi təsərrüfatda olan 29 baş iribuynuzlu, 2 baş təkdırnaqlı heyvanda qarayara xəstəlikləri əleyhinə peyvəndlənmə tədbiri aparılıb. Ümumiyyətlə, cari ilin təbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan 10997 baş iribuynuzlu,477 baş təkdırnaqlı heyvanda qarayara,1554 baş həyət itində quduzluq xəstəliklərinə qarşı peyvəndlənmə tədbiri aparıb. Eləcə də 1528 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürüb və 400 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. 

Bütün ölkədə olduğu kimi, Siyəzən rayonunda da iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Dövlət Baytarlıq Xidməti epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu (dabağın A,O tiplərinə), həm də iribuynuzlu (dabağın A,O,Asiya-1 tiplərinə) heyvanlar arasında peyvəndləmə tədbirləri aparır. Siyəzəndə bu xəstəliyə qarşı 24 min baş iribuynuzlu, 82 min baş xırdabuynuzlu heyvanda aparılması nəzərdə tutulub. 

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!