“Sizə pul göndərəcəm, nə olar, evdən çıxmayın...”  – Amerikalı ulduz
23 Mart 2020 18:06
294

“Sizə pul göndərəcəm, nə olar, evdən çıxmayın...” – Amerikalı ulduz

“Koronavirus infeksiyası ilə zarafat etməyin. 45 yaşlı rəfiqəm bu virusdan öldü. Evdə qalın, çölə çıxmayın”.

Yenisabah.az xəbər verir ki, bu sözləri amerikalı məşhur müğənni Bebe Rexa deyib.

Bebe Rexa ABŞ hökumətini koronavirusa qarşı daha təsirli tədbirlər görməyə səsləyib. Ulduz müğənni evi olmayan vətəndaşların kirayə pullarının dövlət tərəfindən ödənilməsini təklif edib.

Bebe Rexa sonda pərəstişkarlarına yalvarmaqdan da çəkinməyib: “Bank hesabınızı yazın, sizə pul göndərim. Amma nə olar, çölə çıxmayın, evdə qalın”.

 

 

Oxşar xəbərlər