Şok iddia: Əri Xalq artistini döyüb   - Video

saytların hazırlanması

Evə çatdırılma

Şok iddia: Əri Xalq artistini döyüb - Video

Şou

08 May 2021 13:35 1435


Xalq artisti Naibə Allahverdiyevanın əri tərəfindən döyüldüyü iddia edilib.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Elgizlə izlə" verilişində qonaq olan sənətçi bu barədə danışıb.

Belə ki, verilişə gələn şikayətçilərdən biri həyat yoldaşının onu döydüyünü deyərək gileylənib. pizza mizza

Verilişdə ekspert qismində iştirak edən  N. Allahverdiyeva isə ona  bu sözləri deyib:

"Heç kəsin ailəsinin dağılmasını istəmərəm. Amma bir şeyi də başa düşürəm ki, bir dəfə qalxan əl yenə, daha çox qalxacaq sənə. Biz dünya görmüş insanlarıq. Ətrafımızda da bu hal baş verib, başımıza da gəlib. Əgər səni bir dəfə təhqir edirsə, qədrini bilmirsə, bu hal hər zaman təkrarlanacaq. Kişilərin çox şirin dili var. İnsanı dəyişəcəklərinə inandırırlar. Ancaq onlar heç vaxt dəyişmirlər. Bu faktın şahidi mənəm. Çox belə hadisələr görmüşəm. Mən bunları çox gözəl bilirəm, çünki bir ömür yaşamışam, bilirəm bu şeyləri."

Sözügedən görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!