ŞOK İDDİA: Lukaşenko ölkədən qaçmaq üçün sorğu verib 

ŞOK İDDİA: Lukaşenko ölkədən qaçmaq üçün sorğu verib 

Dünya Veb saytların hazırlanması

20 Noyabr 2023 13:28 555


Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko Kremlə etibar etmədiyi üçün Polşadan keçərək qaçmağı düşünürdü. 

Bunu polşalı jurnalist Zbiqnev Parafyanoviç "Polşa müharibədədir" (Polska na wojnie) kitabında yazıb.

Polşa rəsmiləri anonimlik şərti ilə jurnalistə bildiriblər ki, Rusiyanın Ukraynaya müdaxiləsinin ilk aylarında Varşava Belarusun mümkün müharibəyə daxil olmasından ciddi narahat olub:

"Polyaklar sadəcə narahatlıqla məhdudlaşmayıblar və Belarus ordusunun arxa cəbhəsində təxribat törətmək üçün Minskdə rejim əleyhinə diversiya qrupları göndərmək üçün ssenari hazırlamağa başlayıblar. Lukaşenkonun özü o zaman o qədər qorxub ki, hətta müxtəlif kanallar vasitəsilə Varşavaya onun sərhədi keçib ən yaxın Polşa hava limanından uçmasına icazə verilib-verilməyəcəyi ilə bağlı sorğular göndərməyə başlayıb. O, yaxşı bilirdi ki, müharibə onlar üçün pis ssenari üzrə getsə, ruslar Batyanın Belarus hava məkanından uçmasına icazə verməyəcəklər". (Axar.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!