Azərbaycan kubokunun bütün yarımfinalçıları müəyyənləşdi - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kubokunun bütün yarımfinalçıları müəyyənləşdi - Yenilənib

İdman

20 Dekabr 2019 19:05 923


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

“Yeni Sabah” xəbər verir ki, sonun oyun günündə iki cavab görüşü baş tutub.

Günün ilk start fiti Sumqayıtda səslənib. Şəhərin eyni adlı komandası doğma meydanda “Neftçi”ni qəbul edib. Bu rəqibinə səfərdə 1:0 hesabıyla qalib gəlmiş “kimyaçılar” bu üstünlüklərini qorumağa, paytaxt təmsilçisi isə əzmkar qələbə qazanmağa çalışıb. Matçda qapılara qol vurulmayıb və belədə Sumqayıt təmsilçisi kubokda yoluna davam edib. Dominos pizza

İlk oyunda minimal hesabla uduzan “Keşlə” isə Bakıda “Qarabağ”la üz-üzə gəlib. Ağdam klubunun bu üstünlüyü əldən verməsi inandırıcı görünmürdü. Nəticədə "Qarabağ" səfərdə də 3:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, artıq “Qəbələ” və “Zirə” yarımfinala vəsiqəni təmin edib.

Azərbaycan kuboku

1/4 finalın cavab oyunları

20 dekabr

“Sumqayıt” – “Neftçi” - 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov.

Sumqayıt. “Kapital Bank Arena”, 17:00.

İlk oyun – 1:0.

“Keşlə” – “Qarabağ” - 1:3

Qollar: Xəzər Mahmudov, - Mahir Emreli, 20, Xayme Romero, 40, Toral Bayramov, 90+3

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov.

Bayıl. “ASCO Arena”, 20:00.

İlk oyun 0:1.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!