Müğənni Şəbnəm Tovuzlu Məhərrəm ayı ilə bağlı mahnı oxuyaraq klip çəkdirib.
“Yeni Sabah” xəbər verir ki, klipdən görüntüləri sosial şəbəkədə paylaşan ifaçı ”Əlinin adı qorusun bizləri şərdən, dinsiz-imansızlardan. Bu matəm ayında kim qəlb qırıb, kim qəddarlıq edir, o şəxsə rəhm et, Ya Əli”, - deyə yazıb.
Ş.Tovuzlu oğlunun da adını Əli qoyduğunu qeyd edib: Toyuqlu pizza
“Oğlumun adı da Əlidir. Ona hər zaman Əli köməkdir...”
Qeyd edək ki, Türkiyədə istirahətdə olan müğənni bir neçə gün öncə şortiki ilə gündəmə gəlmişdi. O, “Həcinin arvadı belə geyinməz”, - deyərək sərt tənqid edilmişdi.

Əsmətxanım
Telegram kanalımız