"Yeni ulduz" müsabiqəsinin qalibi Vüqar Muradov qadın sənətçilərin ona qardaş deməsinə qadağa qoyması barədə danışıb.
Sənətçi bildirib ki, öz doğma bacısından savayı heç kimin ona qardaş deməsini istəmir:
"Xoşlamıram öz bacımdan başqa kimsə mənə qardaşım desin. Bu o demək deyil ki, şou-biznesdəkilərin hamısı pisdir, yaxud onlarıı pis gözlə görürəm. Özündən xoflu, narahat olanlar bu açıqlamaya görə küsüblər, üzümə də baxmırlar. Dəfələrlə açıq şəkildə etirazımı bildirmişəm. Etiraz bildirdiyim adam o qədər də inciməyib, amma sosial şəbəkədə bu barədə yazandan sonra başqaları küsüblər. pizza sifarişi
V.Muradov qoyduğu qadağanın səbəbini də açıqlayıb:
"Bu, məni şou-biznesdə gördüklərimdən ümumi gəldiyim nəticədir. Bu aləmdə yaxşısı da var, pisi də, əyrisi də var, düzü də. Mən durub bir-bir araşdırmayacağam ki. Burada inciyəsi bir şey yoxdur, hörmətlə yanaşmaq lazımdır. Bu sözümdən inciyənlər narahat insanlardır".
Ölkə.az
Telegram kanalımız