Uşaqları xəstəlikdən necə qoruyaq? -   Həkim məsləhətləri

saytların hazırlanması

Evə çatdırılma

Uşaqları xəstəlikdən necə qoruyaq? - Həkim məsləhətləri

Sağlamlıq

30 Aprel 2026 13:14 148


Sabahdan may ayı girsə də, paytaxtda hava hələ də yazı yox, daha çox payızı xatırladır. Yağış, güclü külək və temperaturun enib-qalxması valideynləri çaşdırır: uşaqları necə geyindirək, soyuqdəymədən necə qoruyaq?

Mövzu ilə bağlı “Yeni Sabah”a danıçan pediatr Aytən Ziyadova bildirib ki, uşaqların bədənini çox qalın geyimlərə bürümək lazım deyil:

“Onları üşütməmək üçün qalınlıq optimal olmalıdır. Üst qatda, nəfəs ala bilən materiallardan hazırlanmış gödəkçələr, alt qatda isə istiliyi saxlayan paltarlar uşağın bədən temperaturunu qoruyacaq.

Soyuq hava uşaqların immun sistemini zəiflədir və onların soyuqdəymə, qrip və digər infeksiyalara qarşı həssaslığı artır. Mövsümi xəstəliklər, xüsusən də soyuqdəymə və qrip halları olur. Havanın soyuq və rütubətli olduqda infeksiyalar çox sürətlə yayılı”.

A.Ziyadova uşaqların açıq havada olmasının vacib, lakin bunun üçün başlıq, isti ayaqqabı və uyğun geyimlə soyuqdan qorunmanın mütləq şərt olduğunu deyib:

“Uşaqların düzgün qidalanması da immuniteti gücləndirir. Vitaminlərlə zəngin qidalar, xüsusən də C vitamini bədənini xəstəliklərə qarşı mübarizəyə hazırlayır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!