Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib.
O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bir çox sahədə meqa layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib. Bakıda online alış-veriş
“Qardaşlığımıza heç kim kölgə sala bilməz”, – Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan, həmçinin iki ölkə arasına məsafə qoymağa çalışanların xalqların bir-birinə olan sevgisini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almadıqlarını bildirib.
Telegram kanalımız