“Sözügedən videogörüntülərə mən də baxdım. Burada məsuliyyət hər bir şəxsin öz üzərinə düşür. Hər bir insan özünə, öz əsəblərinə cavabdehdir...”
Bu sözləri Yenisabah.az-a tanınmış teleaparıcı Rövşanə Bektaşi motosikletçini döyən "Lexus” markalı avtomobilin sahibi, məmur Sultan Dadaşov barədə danışarkən deyib.
Aparıcı bu tip hadisələrin əvvəllər də baş verdiyini qeyd edib: Pepperoni pizza
“Təbii ki, baş verən hadisəni pisləyirəm, amma bu gün kameraların, sosial şəbəkələrin olması hər şeyi aşkara çıxarır. Bu o demək deyil ki, əvvəllər bu cür hadisələr olmayıb, xeyr, təbii ki, olub. Hər bir insanın əsəbi olduğu, hətta bəzən kiməsə əl qaldırdığı vaxtlar olur. Məhəllə davaları olur, o vaxt biz bunu tez-tez eşidirdik. Belə şeylər olur, insan varsa, orada əsəb də, xoşagəlməz münasibət də, təhqir də olur. Bunlar təbii ki, yaxşı hal deyil, amma biz hər kəsdən ziyalılıq tələb edə bilmərik. Kimsə bu cür davranıbsa, sözsüz ki, əməlinin cavabını alacaq. Və elə bu gün də aldı. Düşünürəm ki, insanlar əsəblərinə hakim kəsilməlidirlər. Bütün bunlara baxmayaraq, bildirmək istəyirəm ki, bu gün yollar insanların əsəblərini tarıma çəkir. Mən özüm də avtomobil sürücüsüyəm. Dəfələrlə olub ki, yollarda çox böyük əsəb, gərginlik keçirmirmişəm. İnsan bəzən əsəblərini cilovlaya bilmir, söyüş də eşidirsən, istər-istəməz xoşagəlməz, nalayiq münasibət də görürsən. Kiminsə maşınında kamera var, bunu çəkir, aşkara çıxarır və biz onu qınayırıq. Elə olur ki, bu cür hadisələr baş verir və orada çəkməyə kamera olmur”.
O, son vaxtlar insanların aqressivləşməsinin səbəbibin araşdırlmalı olduğunu bildirib:
“Ümumiyyətlə, yollar insanların əsəblərinə çox təsir edir. Mən təbii ki, bu mövzuda həmin məmuru qınayıram, bir insana əl qaldırmaq yaxşı bir şey deyil. Aydın məsələdir ki, adam əsəblərinə hakim ola bilməyib. Amma bütün hallarda insanlar özlərini cilovlamağı bacarmalıdırlar. Tıxaclar, bir-birinə yol verməmək, aqressiya bu cür nəticələrə gətirib çıxarır. Bu aqressiya insanların üzündə, gözündə, əməllərində püskürür. Əvvəlcə, bu aqressiyanın səbəbini araşdırmaq lazımdır. Məsələnin kökündə nə dayanır ki, insanlar bir-birinə bu cür düşmən mövqedədirlər. Həmin məmuru qınayıram və hesab edirəm ki. əməlinin cavabını aldı”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız