Aktyor Səfa Mehdinin “Stand Up Baku” proqramında etdiyi çıxışın oğurluq olduğu ortaya çıxıb.
Yenisabah.az Oxu.az-a istinadla xəbər verir ki, Səfanın Rusiyanın ən məşhur yumoristlərindən olan Pavel Volyanın bir il öncə “Comedy Club”da etdiyi çıxışını yamsılamasını izləyicilər sərt tənqid edib.
“Tıxac” mövzusunda olan çıxışını öz beyninin məhsulu imiş kimi təqdim edən Səfanın yalanı izləyicilərin diqqətindən qaçmayıb və onları hiddətləndirib. Toyuqlu pizza
Sosial şəbəkələrdə birmənalı qarşılanmayan çıxışa “Hər sözünə, hər hərəkətinə kimi eynidir”, “Ayıb olsun, bu, iyrəncdir”, “Fərasətə bax, hamını aldadıb”, “Öz ideyan yoxdursa, insanların qarşısına çıxma, aldatma” kimi şərhlər yazılıb.
Sözügedən görüntüləri təqdim edirik:
Telegram kanalımız