Stubb: Rusiya Ukraynada müharibənin dayanması üçün danışıqları bloklayır

saytların hazırlanması

Evə çatdırılma

Stubb: Rusiya Ukraynada müharibənin dayanması üçün danışıqları bloklayır

Dünya

23 Avqust 2026 21:47 32


Finlandiya Prezidenti Aleksandr Stubb hesab edir ki, Rusiya Ukraynada müharibənin dayanması üçün danışıqları bloklayır.

"Yeni Sabah" xəbər verir ki, A. Stubb bunu avqustun 23-də ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Mən hesab edirəm ki, ukraynalılar danışıqlar zamanı praqmatik həllər axtarırlar, lakin məhz ruslar konkret nəticələr nümayiş etdirmirlər. Amerikalılar isə təqdim edilə biləcək real bir nəticənin olduğunu hiss etməyincə Moskvaya və ya Kiyevə gəlməyəcəklər", - Finlandiya Prezidenti vurğulayıb. Sezar pizza

A. Stubb həmçinin bildirib ki, iki günlük işin və Kiyev görüşlərinin öz qiymətləndirməsini o şəxsən Vaşinqtona ötürəcək ki, bundan sonrakı qərarların qəbuluna kömək etsin.\"Report"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!