Su çərşənbəsində ağacəkmə

saytların hazırlanması

Evə çatdırılma

Su çərşənbəsində ağacəkmə

Sosial

21 Fevral 2023 17:36 741


Baharın ilk müjdəçisi olan Su çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə üzrə ümumilikdə 18000 ağac əkib.

Nazirliyin Mətbuat katibi İradə İbrahimova “Yeni Sabah”a bildirib ki, Novruzun ilk əlamətdar günündə təbiətimizə töhfə verməklə Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Sabirabad, Zaqatala, Şəki, Ağstafa, Quba, Şabran, Qəbələ, Şamaxı, Ağcabədi, Gögöl, Tovuz, Şirvan, Lənkəran və Masallı rayonlarının meşə fondu torpaqlarında gün ərzində ağacəkmə tədbirləri davam etdirilib.

Ölkəmizdə ənənəyə çevrilmiş və bütün regionları əhatə edən ağacəkmə aksiyalarında bu gün Nazirliyin əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələri də yaxından iştirak edib. pizza mizza

Nazirlik sözçüsü Su çərşənbəsində ağac əkilməsinin, eyni zamanda, bu il ölkədə yaz əkinlərinə start verilməsi ilə bağlı kampaniyanın başlanğıcı olduğunu da vurğulayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!