Suçiçəyinə yoluxan uşaq öldü 

saytların hazırlanması

Evə çatdırılma

Suçiçəyinə yoluxan uşaq öldü 

Sosial

11 Mart 2024 16:17 507


Ermənistandakı tibb mərkəzlərinin birində uşaq suçiçəyi xəstəliyindən ölüb. 

Modern.az xəbər verir ki, bu barədə “Sağlamlıq hüququ” ictimai təşkilatının həmsədri Tsakik Vardanyan sosial şəbəkədə yazıb: 

“Bu gün etibarlı mənbələrimizə əsasən, İrevan meriyasının tabeliyində olan “Surb Astvatsamayr” tibb mərkəzində suçiçəyi diaqnozu qoyulan 2015-ci il təvəllüdlü xəstənin bioloji ölümü qeydə alınıb.  Marqarita pizza

Onu da əlavə edim ki, beynəlxalq göstəricilərə görə, suçiçəyi xəstəliyindən ölüm halları 60 000 hadisədən 1-də qeydə alınır. 

2020-ci ilin iyun ayında Ermənistan səhiyyə rəsmisi ölkədə suçiçəyi fəaliyyətinin normal həddə olduğunu” bildirmişdi”. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!