Sumqayıt-Bakı yolunda sonu görünməyən tıxac 

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıt-Bakı yolunda sonu görünməyən tıxac 

Sosial

19 Aprel 2024 13:49 3400


Hazırda Sumqayıt-Bakı yolunda sonu görünməyən tıxac müşahidə olunur. 

Bu barədə Yenisabah.az-a tıxacda qalan sürücülərdən biri məlumat verib. Onun sözlərinə görə, Sumqayıt şəhərinin girişindən başlayan tıxac Ceyranbatan qəsəbəsinə qədər uzanır. Bir saatdan çoxdur yüzlərlə nəqliyyat vasitəsi hərəkətin təmin edilməsini gözləyir. Hazırda 4 zolaqlı yoldan yalnız birində avtomobillərin hərəkəti mümkündür. 

Tıxacın yolda aparılan təmir səbəbiylə yarandığı bildiirlir. Müvafiq dövlət qurumunun şosse yolunda təmir işlərinə başlaması nəqliyyatın hərəkətini çətinləşdirib.  Dominos pizza

Nəqliyyatın hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları əraziyə cəlb olunub. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!