Sumqayıtda 3 nəfər arasında dava - Bıçaqlanan var

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 3 nəfər arasında dava - Bıçaqlanan var

Kriminal

12 Avqust 2024 23:39 1253


Sumqayıtda bıçaqlı insident baş verib.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon, ev 32 ünvanında qeydə alınıb.

Belə ki, üç nəfər arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. Mübahisənin iki tanışın birləşərək orta yaşlı kişini döyməsi ilə başladığı bildirilir. Onların arasındakı ədavətin səbəbi məlum deyil. Dördpendirli pizza

Hadisə yerinə polis əməkdaşları gəliblər. Davada iştirak edən şəxslərdən biri saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti də hadisə ilə bağlı məlumat yayıb. 

"Avqustun 12 də Sumqayıt şəhəri ərazisində bir nəfərin kəsici-deşici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!