Sumqayıt şəhərində quraşdırılmış Eyfel qülləsinin maketi yaxın günlərdə götürüləcək.
Bu haqda “Yeni Sabah”a Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib. O, bildirib ki, hər il Yeni İl ərəfəsində şəhərdə müxtəlif dekorasiyalar quraşdırılır. Bu il onların siyahısına Eyfel qülləsinin maketi də əlavə olunub: “Bu da şəhər sakinləri tərəfindən maraqla qarşılandı”.
E. Qocayev deyib ki, maket götürüləcək və növbəti Yeni il ərəfəsində şəhərdə yenidən quraşdırılacaq. Sezar pizza
Telegram kanalımız