Suraxanıda növbəti küçə asfaltlandı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda növbəti küçə asfaltlandı - Fotolar

Sosial

24 Avqust 2022 16:37 1393


Bakının Suraxanı rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilir. 

İcra Hakimiyyətindən Yenisabah.az-a daxil olan məlumatda qeyd olunur ki, rayon ərazisində növbəti küçə asfaltlanıb.  

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun sakinlərlə keçirdiyi görüşlər zamanı səsləndirilən müraciətlər nəzərə alınaraq, rayon ərazisində qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltsız yolların yenidən qurulması və abadlaşdırılması mərhələli şəkildə davam etdirilir. Dominos pizza

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsi, Məktəbli küçəsində uzunluğu 1500 metr olan yolda 8100 kv.m asfalt örtüyü salınır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!