Suraxanıda növbəti küçə asfaltlanır - Fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda növbəti küçə asfaltlanır - Fotolar 

Sosial

05 Sentyabr 2023 17:28 298


Suraxanı rayonunda abadlıq-quruculuq işləri geniş miqyas alaraq qəsəbələrdə yol infrastrukturunun yenidən qurulması, su və kanalizasiya xətlərinin çəkilməsi, parkların təmir olunaraq abadlaşdırılması işləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, qəsəbələrdə asfalt örtüyü olmayan küçələrdə, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan yollarda asfaltlanma işləri aparılır, piyadaların rahat və təhlükəsiz hərəkətlərini təmin etmək üçün səkilər tikilir, yol kənarlarına yaşıllıqlar salınır. Eləcə də sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədi ilə yeni işıq dirəkləri quraşdırılır və ya bərpa olunur.

Sürətlə abadlaşan Əmircan qəsəbəsində də genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır. pizza sifarişi

Qeyd edək ki, hazırda A.Rzayev küçəsindəki növbəti döngələrə asfalt örtüyü vurulur.

Həmçinin, rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə aparılır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!