Tailandda erməni terrorunun qurbanları yad edildi
31 Okt 2020 14:48
388

Tailandda erməni terrorunun qurbanları yad edildi

Tailand Krallığında yaşayan azərbaycanlı icmasının fəallarından olan Gündüz Qasımlının təşəbbüsü ilə Phuket şəhərində işğalçı Ermənistan ordusunun törətdiyi  terror aktlarının qurbanları yad edilib. Anım tədbirində azərbaycanlılarla yanaşı, yerli sakinlər və digər xalqların nümayəndələri də iştirak edib.

Yenisabah.az xəbər verir ki, tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun Gəncə və Bərdədə törətdiyi terror aktlarının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəkilləri önünə gül dəstələri düzüblər.

Bildirilib ki, təcavüzkar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən kənarda, müxtəlif şəhər və rayonlarında dinc əhalini qəsdən hədəfə alaraq onlarla günahsız insanı, xüsusilə də azyaşlı məsum uşaqları qətlə yetirməsi insanlıq əleyhinə cinayətdir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər