Taksi sürücüsü işləyən meyxanaçı sərnişinlə dalaşdı -   Məsələyə polis qarışdı

saytların hazırlanması

Evə çatdırılma

Taksi sürücüsü işləyən meyxanaçı sərnişinlə dalaşdı - Məsələyə polis qarışdı

Şou

28 Yanvar 2021 10:49 1696


Karantin müddətində pulsuzluqdan taksi sürücüsü işləməyə məcbur olan meyxanaçı Samirə Yusifqızı müştərilərindən biri ilə mübahisə edib.

Yenisabah.az xəbər verir ki, “Günə bir” verilişinin qonağı olan söz ustadı bu barədə danışıb.

O, avtomobilinə əyləşən şəxsin onu təhqir etdiyini deyib: pizza

"Avtomobilə bir xanım əyləşdi. Onu 5 ünvana aparmalı və sonra yenidən başlanğıq məntəqəyə çatdırmalı idim. Birinci ünvana apardım. Dedi gözlə gəlirəm. 20 dəqiqə sonra gəldi. Dedim ki, xanım siz hər ünvanda 20 dəqiqə yubansanız mən günün sonu evimə çörək pulu apara bilməyəcəyəm. Mənə qayıtdı ki, bu sənin işindir.

Maşını kənara verib ondan maşını tərk etməsini xahiş etdim. Məni təhqir etməyə başladı. Aramızda böyük mübahisə yarandı".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!