“Taliban” futbola bu şərtlə icazə verib - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Taliban” futbola bu şərtlə icazə verib - VİDEO

Dünya

12 Oktyabr 2026 12:11 77


“Taliban” hakimiyyətində olan Əfqanıstanda keçirilən futbol matçında alınan qeyri-adi təhlükəsizlik tədbirləri kameralara əks olunub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, görüntülərdə stadionda təhlükəsizlik tədbirlərinin vərdiş olunmuş qaydalardan kənara çıxdığı diqqət çəkib. Meydançanın kənarında və tribunaların çevrəsində yerləşdirilən silahlı “Taliban” mənsublarının sıx nəzarəti matça damğasını vurub.

Kadrlar ölkədə idman yarışlarının belə ciddi hərbi və təhlükəsizlik nəzarəti altında təşkil olunduğunu bir daha nümayiş etdirib. Marqarita pizza

 Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!