“Taliban“ lideri: Daxili işlərimizə qarışmayın

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ lideri: Daxili işlərimizə qarışmayın

Dünya

18 Aprel 2023 14:58 729


"Taliban" lideri Mövləvi Hebətullah Axunzadə Fitr bayramı münasibətilə təbrik mesajı yayıb.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, o, 14 bəndlik təfərrüatlı bayram bəyanatında ​​beynəlxalq ictimaiyyəti "Taliban"ın idarəçiliyinə müdaxilə etməyə çağırıb.

“Əfqanıstan heç bir ölkənin daxili işlərinə qarışmaq istəmədiyi kimi, digər dövlətlər də daxili işlərimizə qarışmamalıdır. Bu həm dünyanın, həm də Əfqanıstanın marağına uyğundur”, - deyə Axunzadə vurğulayıb. Toyuqlu pizza

"Taliban" lideri qeyd edib ki, Əfqanıstana görə əfqanlar məsuliyyət daşıyır: "Başqalarına güvənməməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!