Tanınmış aktyor sirləri açdı:   “Çoxdan sevgili idik“

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aktyor sirləri açdı: “Çoxdan sevgili idik“

Şou

17 İyun 2021 12:00 1591


"Vicdan haqqı" serialında hamı bilirdi ki, münasibətimiz var. Amma açıqlamırdıq. Serialda bacı-qardaş obrazında idik. İstəmirdim bilinsin. Həm də ailələrimiz tanış deyildi. Verilişlərdə soruşurdular, qoymurdum. Təsəvvür edin, bir xanımın ailəsi baxır və efirdə deyilir siz sevgilisiniz. Ailənin isə xəbəri yoxdur. Yaxşı deyildi. Buna görə də bir az evlilik uzandı. Yoxsa biz çoxdan sevgili idik".

Yenisabah.az xəbər verir ki, bu sözləri aktyor Murad İsmayıl "7 Canlı" proqramında deyib. O, aktrisa Ülviyyə Xəlilbəyova ilə münasibətlərindən danışıb. Murad bildirib ki, seriala və Ülviyyənin ailəsinə görə münasibətlərini uzun müddət gizlədib.

"Əvvəlcə dostlaşdıq. Gördüm ki, mən Ülviyyəni, Ülviyyə məni çox istəyir. Qayğıma qalırdı. Beləcə, münasibət başladı" deyə, Murad əlavə edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!