Azərbaycanlı aktyora ağır itki -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı aktyora ağır itki - Foto

Şou

13 May 2019 13:35 1109


Tanınmış aktyor Erkin Erginə ağır itki üz verib.

"Yeni Sabah"ın məlumatına görə, aktyorun atası, həkim Tərlan Zeynalov 56 yaşında vəfat edib. Aktyor sosial şəbəkə hesablnda bunları yazıb:

"Mən ən yaxın dostumu itirdim! Bioloji olaraq ata olmaq çox asan bir şeydir. Bəziləri ata ola bilmədikləri üçün üzülürlər. Halbuki buna dəyməz! Ata olmaq üçün dünyaya oğul gətirməyə ehtiyac yoxdur. Ata ən yaxın dosta, hər nəyə baxmayaraq səninlə olan kəsə deyilir. Mən atamın ölümünə üzülmürəm. Çünki bu dünya ölümlü dünyadır. Hamı bir bəhanə ilə köçəcək bu dünyadan! Mən çox gözəl və möhtəşəm bir insanın dünyadan getməsinə üzülürəm. O mənim atam olmasaydı da ,  onu yenə sevəcəkdim. Çünki o çox yaxşı insan idi! Bütün bunları mən ona sağlığında demişəm! Son nəfəsində qulağına "Mən səni sevirəm" dedim. O da başıyla "hə" dedi. Sonra sual verdim ki, "sən də məni?" Dedi,  hə! Çox sağol hər şey üçün, Tərlan!" Pepperoni pizza

Qeyd edək ki, Erkin Ergin "Stand up Baku Comdey"-nin aparıcı üzvlərindəndir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!