“Taxıl müqaviləsi çərçivəsində bəzi öhdəliklər, ümumiyyətlə, yerinə yetirilmədiyindən onun uzadılması məsələsi mürəkkəbləşir”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.
O deyib: “Birinci hissə Ukrayna taxılının Qara dəniz vasitəsilə Ukrayna limanlarından təhlükəsiz ixracıdırsa, paketin ikinci hissəsi Rusiya taxılının və Rusiya gübrələrinin ixracı yolunda bütün maneələrin aradan qaldırılması zərurətidir. Birinci hissə tamamlandı. İkinci hissə isə ümumiyyətlə həyata keçmir”. pizza sifarişi
Nazirin sözlərinə görə, sövdələşmənin uzadılması məsələsini həll etmək çətindir:
“Əgər sövdələşmədən danışırıqsa, deməli, bu, paket sövdələşmədir, yalnız artıq görülən işləri uzatmaq olar. Paket yarıya qədər həyata keçirilərsə, o zaman uzadılma məsələsi kifayət qədər mürəkkəbləşir".
Xatırladaq ki, 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan taxıl müqaviləsində Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə Odessa da daxil olmaqla 3 limandan ixrac edilməsi nəzərdə tutulur. İstanbulun birgə koordinasiya mərkəzi gəmilərin hərəkətinin koordinasiyası ilə məşğul olur. Müqavilənin müddəti 2022-ci il noyabrın 18-də bitməli idi, lakin tərəflərdən hər hansı birinin etirazı olmadığı üçün müqavilə mexaniki olaraq 120 gün, martın 18-dək uzadılıb.
Taxıl sövdələşməsi paket sazişinin tərkib hissəsidir. Müqavilənin müddəti martın 18-də başa çatır. Rəsmi Kiyev razılaşmanı ən azı 1 il uzatmaq və daha çox Ukrayna limanını layihəyə birləşdirmək istəyir.
Telegram kanalımız