Tayvan əsgərləri Çin dronunu daşla vurmağa çalışdılar - Video

saytların hazırlanması

Evə çatdırılma

Tayvan əsgərləri Çin dronunu daşla vurmağa çalışdılar - Video

Dünya

26 Avqust 2022 10:55 958


Tayvan əsgərləri Çin ordusunun Tayvanın nəzarətindəki Kinmen adasına göndərdiyi pilotsuz uçan aparatı vurmağa çalışıb.

Yenisabah.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin 2-3 avqust tarixlərində Tayvana səfərindən sonra bölgədə hərbi fəallığını artıran Çin Tayvanın nəzarətindəki Kinmen adasına pilotsuz uçuş aparatı göndərib. Onların izlənildiyini anlayan Tayvan əsgərləri daş ataraq pilotsuz təyyarəni yerə salmağa çalışıblar.

Görüntülərin sosial mediada sürətlə yayılmasından sonra Tayvan Müdafiə Nazirliyi əsgərlərin hadisə zamanı son dərəcə sayıq olduqlarını vurğulayaraq, prosedurlara uyğun hərəkət etdiklərini bildirib. Ayrı bir açıqlamada, nazirlik həmçinin gələn il ilk olaraq daha kiçik adalarda anti-drone sistemləri yerləşdirəcəklərini də açıqlayıb.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!