“Tək millət, iki dövlət” - Arda Turandan Azərbaycana dəstək + Fotolar
17 Okt 2020 16:12
658

“Tək millət, iki dövlət” - Arda Turandan Azərbaycana dəstək + Fotolar

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, ulduz futbolçu sosial şəbəkə vasitəsilə Azərbaycana dəstək nümayiş etdirib.

 

33 yaşlı yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə iki şəkil paylaşıb. Onlardan birində Azərbaycan bayrağı altında dayanan Arda “Tək millət, iki dövlət” yazıb, digəri isə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə olan şəklidir.

Qeyd edək ki, “Arsenal”ın Türkiyə əsilli futbolçusu Məsut Özil də bu yaxınlarda Azərbaycana dəstəyini göstərib.  /Apasport.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər