Terrorçulara “qancıq” dedi, parlament qarışdı
08 Apr 2020 17:26
256

Terrorçulara “qancıq” dedi, parlament qarışdı

Türkiyə Böyük Millət Məclisində dava düşüb.

Yenisabah.az xəbər verir ki, qarşıdurmaya MHP-dən olan millət vəkili Camal Enginyurdun PKK terrorçularını qınayan çıxışı səbəb olub. Enginyurdun bu gün Diyarbəkirdə 5 nəfərin ölümüylə nəticələnən terror aktının təşkilatçılarını “qancıq” adlandırması HDP-dən olan deputatların etirazıyla qarşılanıb.

HDP-çi deputatların yerlərindən danışması iki partiyanın üzvləri arasındakı gərginliyi daha da artırıb. Millət vəkilləri bir-birilərinin ünvanına təhqiramiz ifadələr işlətdikləri və fiziki təzyiq göstərməyə təşəbbüs etdikləri üçün iclas yarımçıq qalıb.

HDP-dən olan deputatların üstünə gedən millət vəkili Baki Ersoyu həmkarları çətinliklə sakitləşdiriblər.

 

 

Oxşar xəbərlər