Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev müdafiə nazirinin 2 müavinini və Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifədən azad edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Akordadan bildirilib.
Sərəncamlara əsasən, Kanış Abubakirov müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Almaz Cumakeyev müdafiə nazirinin müavini, Kanat Niyazbekov isə Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib. Marqarita pizza
Qeyd edək ki, sentyabrın 24-də keçirilən təlimlər zamanı 17 hərbçi açıq dənizə düşüb. Onlardan 3-ü xilas edilib, 14 nəfər isə həlak olub.\Axar.az
Telegram kanalımız